İranın Azərbaycanda təsir şəbəkəsi çökdürülür? -

“İran din faktorundan istifadə edərək şiəlik məzhəbi üzərindən Azərbaycana təsir etməyə çalışır”.

Bu fikirləri Metbuat.az-a politoloq Samir Hümbətov deyib. Müsahibimiz bildirdi ki, İrana sadiq bəzi mollalar məscidlərimizdə İranın sözünü deməyə çalışırlar. S.Hümbətov hesab edir ki, bu şəxslərin Azərbaycan ictimaiyyətdən qorxuları olduğu faktını da unutmamalıyıq. Əks halda onların fəaliyyəti daha geniş xarakter daşıya bilərdi.

Samir Hümbətov

“İranın Azərbaycana təhdid mesajları göndərməsinə ikinci bir səbəbi işğal altında olan Qarabağın azad olunması ilə Tehranın narkotik ticarətinə zərbə vurulması oldu. Bildiyiniz kimi, uzun illər İran Ermənistan vasitəsi ilə ərazidən qazanc məqsədi ilə tranzit kimi istifadə edirdi. İndi onun bu baxımdan əl-qolu bağlanıb. Məsələnin üçüncü tərəfi isə İrana meyilli münasibət göstərən media qurumlarının bağlanması olacaqdır. Eyni zamanda, ictimai fikrə təsir edən bəzi insanların cəmiyyətdən uzaqlaşdırılması və ümumilikdə İrana xidmət edən agent şəbəkənin çökdürülməsi lazımdır. İranda bir neçə mərkəzlər var ki, onlar məhz Azərbaycana qarşı anti-Azərbaycan siyasəti yürüdürlər. Düşünürəm ki, onlara qarşı Azərbaycan tərəfinin atacağı addım təqdirəlayiqdir və alqışlanmalıdır”.

Siyasi şərhçi Asif Nərimanlı da hesab edir ki, İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir. A. Nərimanlı deyir ki, “Facebook”, “Telegram”, “İnstagram”, “Youtube” sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir.

Siyasi passientlərin “Qəribə bir şayiə”si...

Asif Nərimanlı

“Bu siyasət əsasən iki istiqamətdə aparılır. Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq, ikincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdıraraq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərib, İranı “xilaskar” kimi təqdim etmək istəyirlər. İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir: Şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının sayı onlarladır, xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyətini geniş şəkildə qurublar. Onlar müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat aparırlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR