Danimarkada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Danimarkada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
12:43 19 Yanvar 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Danimarkada yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar şəhidlərinin anım günü keçirilib. Vətən Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan himninin oxunması ilə başlayıb. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünün Azərbaycanda olduğu kimi dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları və səfirliklər tərəfindən də qeyd edildiyini deyib. Daha sonra Cəmiyyətin üzvləri, həmin günlərin şahidi olmuş insanlar 20 Yanvar hadisələrini doğuran səbəblər, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, faciədən öncəki və sonrakı günlərdə baş verənlər barədə söhbət açaraq xatirələrini bölüşüblər.

Çıxışlardan sonra faciədən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonda iştirakçılara 20 Yanvar hadisələrini əks etdirən kitab və broşürlər təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR