Putin Qasım Süleymani barədə danışdı -

Rusiya prezidenti Vladimir Putin İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin keçmiş rəhbəri general Qasım Süleymaninin qətlə yetirilməsi barədə danışıb.

Metbuat.az xəbər verir ki, o, Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışında ABŞ-ı sui-qəsdi təşkil etdiyinə görə sərt tənqid edib:

“General Süleymaniyə qarşı kim nə düşünürsə düşünsün o, rəsmi nümayəndə idi. Üçüncü ölkədə öldürüldü. Heç utanmadan çıxıb dedilər ki, Süleymaniyə qarşı sui-qəsdi biz təşkil etmişik. Bu nədir? Harada yaşayırıq? Vicdanlarını itiriblər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR