Azərbaycanda problemli kreditlər azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib.

Bu barədə Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7 %, son 1 ildə isə 25,4 % azalıb. Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3 %, ötən il sentyabrın sonuna isə 5,6 % olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR