Çingiz Abdullayev:

"Türklər və qırğızlar, qazaxlar və özbəklər fəxr edirlər ki, mən türkəm. Mənim bəzi "soydaşlarım" isə görünür, belə düşünmür".

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev feysbuk hesabında yazıb. O, Türkiyə Cümhuriyyət Günü münasibətilə təbrik postunda qeyd edib ki, bir çox xalqlar onunla fəxr edir:

"Bu gün Türkiyədə bayramdır. Mən fəxr edirəm ki, bu gün məni buraya dəvət ediblər. Təəccüblüdür ki, türklər və qırğızlar, qazaxlar və özbəklər fəxr edirlər ki, mən türkəm. Mənim bəzi "soydaşlarım" isə görünür, belə düşünmür. Hər şey qaydasındadır. Qoy məni utandırmağa davam etsinlər".

Xatırladaq ki, oktyabrın 26-da AYB-nin 13-cü qurultayı keçirilib. Qurultayın yekununda jurnalist AYB-nin birinci katibi Çingiz Abdullayevə qurultayın təşkili üçün ayırılan 203 min manatın hara xərcləndiyi barədə sual verib. Xalq yazıçısı isə bu sualdan hirslənərək jurnalistə "utanıb ölmürsən, bunu soruşursan?”, - deyə reaksiya verib. Bundan sonra sosial şəbəkələrdə çox sayda istifadəçi Ç.Abdullayevi sərt tənqid edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR