Bişkəkdəki Fransa səfirliyinin qarşısında aksiya keçirilib

Bişkəkdəki Fransa səfirliyinin binasının önündə 20 nəfərin iştirakı ilə piket keçirilib.

Metbuat.az Azfront-a istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində iki il əvvəl İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın raket atəşinə məruz qalması nəticəsində həlak olan uşaqların şəkillərini tutublar. Nümayiş olunan transparantlarda fransın, rus və qırğız dillərində “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi sloqanlar qeyd olunub.

Xatırladaq ki, bir neçə gündür bir sıra ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının anti-Azərbaycan qətnamə layihəsinə qarşı aksiyalara hazırlaşırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR