Biləsuvarda ağır qəza:

Bu səhər Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR