Milyardlarla sərvətə sahib dünyanın ən varlı ailələri onlardır -

"Bloomberg" dünyanın ən zəngin ailələrinin siyahısını açıqlayıb.

Metbuat.az xəbər verir ki, siyahının birinci sırasında 573 milyard dollar gəlirlə dünyanın ən böyük pərakəndə satışçısı "Walmart"ın sahibi Ualton ailəsidir. Dünya üzrə 10.500-dən çox mağazaya sahib olan Ualton ailəsi dünyanın ən böyük sərvətinin əsasını təşkil edən pərakəndə satış şirkətinin 47%-nə sahibdir.

Siyahının ikinci yerində 160 milyard dollar sərvətlə "M&Ms", "Milky Way" və "Snickers" kimi məşhur şirniyyatların istehsalçısı "Mars" şirkətinin sahibi Mars ailəsidir.

Üçüncü yerdə 128.8 milyard dollar sərvətlə ABŞ-ın “Koch Industrues” neft-kimya korporasiyasının sahibləri Kox ailəsidir.

Ən zəngin 10 ailəyə həmçinin aşağıdakılar daxildir:

105 milyard dollar sərvətlə Səudiyyə kral ailəsi Əl Səud;

94,6 milyard dollar sərvətlə Fransanın “Hermes” moda evinin sahibləri Hermes ailəsi;

84,6 milyard dollar sərvətlə Hindistanın “Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri Ambani ailəsi;

79 milyard dollar sərvətlə "Chanel" fransız moda evinin sahibi Verhaymer ailəsi;

65,2 milyard dollar sərvətlə "Cargill kənd təsərrüfatı şirkətinin sahibləri Kargill ailəsi;

61,2 milyard dollar sərvətlə "Reuters" xəbər agentliyinin nəzarət paketinin sahibləri Tompson ailəsi;

45,1 milyard dollar sərvətlə İsveçrə əczaçılıq şirkəti "Roche Holding"in sahibləri Hoffmann ailəsi.

Qeyd edək ki, ümumilikdə reytinqə 25 ailə daxil edilib. Dünyanın ən varlı 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da pandemiya dövrünü xarakterizə edən sərvət artımının kəskin dəyişməsi nəticəsində keçən illə müqayisədə 143 milyard dollar azalma deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR