İki nəfəri zəhərləyib öldürən MƏHKƏMƏ QARŞISINDA

İki nəfəri zəhərləyib öldürən MƏHKƏMƏ QARŞISINDA
12:44 19 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Apellyasiya Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini 59 yaşlı Aydın Qəhrəmanovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. 
 
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 30-na təyin edilib. 
 
İttihama görə, Aydın Qəhrəmanov qeyr-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb. 
 
Lakin A. Qəhrəmanov ittihamla razılaşmayıb. O, həmin şəxsləri öldürmək fikrinin olmadığını deyib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR