"Qarabağ"dan İNANILMAZ UĞUR -

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Metbuat.az-ın məlumatına görə, siyahıda növbəti dəfə "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə "Volos"u 5:1 hesabı ilə üstələyən "Panatinaikos" Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR