Kremlin mətbuat katibi:

“Rusiya qızıl-valyuta ehtiyatlarının dondurulmaması məsələsində öz maraqlarını bundan sonra da müdafiə etmək niyyətindədir”.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib .

“Nəzərə alsaq ki, söhbət bütün beynəlxalq qaydaların və qanunların pozulmasından gedir, o zaman təbii ki, biz öz maraqlarımızı müdafiə etməyə davam edəcəyik. Ümid ən sonda ölür”, – Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa komissarı Didye Reynders bildirmişdi ki, Rusiya Federasiyasının 300 milyard avro həcmində dondurulmuş qızıl-valyuta ehtiyatları Rusiyanın iştirakı ilə Ukraynanın bərpasına başlanılan zaman dondurulmuş ola bilər.

Martın əvvəlində isə ABŞ , Aİ ölkələri , Böyük Britaniya və Yaponiya Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edərək, onun milli valyutalarındakı ehtiyatlarına qarşı sanksiya tətbiq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR