Rusiyadan Ərdoğanın açıqlamalarına reaksiya

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Taxıl sazişi” barədə dediyi “Biz insanlığa xidmət üçün səylərimizi davam etdirəcəyik” sözlərinə münasibət bildirilib.

Metbuat.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Ukraynanın həmlələri “Taxıl sazişi”nə zərər verdiyi üçün Rusiya müqavilədən çıxıb. İddia edilib ki, sazişin zəmanəti yoxdur.

Qeyd edək ki, Rusiya təktərəfli olaraq “Taxil sazişi”ndən çıxıb. Bununla belə, Türkiyənin səyləri nəticəsində 14 gəminin Ukrayna limanlarından ayrılmasına imkan verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR