Putin buna görə prezidentlərdən üzr istədi -

Xəbər verdiyimiz kimi, bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Metbuat.az “TASS”a istinadən xəbər verir ki, Putin Paşinyanla ikitərəfli görüşü açıq elan edərkən zarafatyana Soçidə müşahidə edilən yağışlı havaya görə üzr istəyib.

“Bu gün Soçidə görüşürük. Görüş yerini də siz və Azərbaycan Prezidenti İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, lakin heç nə edə bilmərik, payız payızdır. Əsas olan bu deyil. Əsas olan görüşmək, danışmaq imkanının olmasıdır”, - deyə Putin bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR