"Fənərbaxça"nın baş məşqçisi zədələnən futbolçunu təpiklədi -

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Jorji Jezuş zədəli futbolçuya qarşı hərəkəti ilə kəskin tənqid edilib.

Metbuat.az Aspor-a istinadən xəbər verir ki, "Fənərbaxça"- "İstanbulspor" matçında portuqaliyalı çalışdırıcı rəqibin zədəli futbolçusu İbrahim Yılmazı təpikləyib.

İbrahim Yılmaz baş verənlərdən sonra açıqlama verib. O bildirib ki, Jezuş sadəcə zarafat edib:

"Zarafat üçün edilən bir hərəkətdir. Sonradan başımı sığalladı. Böyüdüləcək bir durum yoxdur", - deyə futbolçu qeyd edib.

Qeyd edək ki, bu görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. İzləyicilər Jorji Jezuşun bu hərəkətini kəskin tənqid ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR