​Dünyanı qorxuya salan Uhanda həyəcan:

Dünyanı qorxuya salan Çinin Uhan şəhərində koronavirusla mübarizə aparmaq üçün yeni qadağalar tətbiq edilib.

Metbuat.az xəbər verir ki, şəhərə koronavirusla mübarizə tədbirlərinin tətbiqinə nəzarət etmək üçün zirehli texnikalar cəlb edilib. Bildirilir ki, Uhanın bəzi rayonlarında koronavirusa yoluxma halları qeydə alındığı üçün yeni qadağalar tətbiq edilir.

Bundan əlavə, Çjençjou şəhərində yerləşən və dünyanın ən böyük “iPhone” istehsalı bazası kimi bilinən fabrikdə karantində olan işçilər qaçıblar. Bildirilir fabrikdə 300 min işçi karantində saxlanılır. Çox sayda işçinin fabrikdən qaçması polisi hərəkə keçirib. Onlar saxlanılaraq yenidən karantina alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR