Bu yağlar ikiqat bahalaşdı -

Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, yağların qiyməti iki ay əvvəllə müqayisədə elə ikiqat artıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar da bu faktı təsdiqləyirlər. Onlardan bəziləri qiymət artımının 4-5 manat, bəziləri isə ümumilikdə 20-50 faiz olduğunu deyirlər.

Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə ciddir təsir etdiyini bildirirlər. Qiymət artımı alıcıları narazı salıb.

Ekspertlər bahalaşmaya səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər. Bildirilir ki, yerli istehsal olan duru yağların da xammalı əsasən Ukraynadan gətirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR