"Azərkosmos"un hüquqi statusu müəyyənləşdi

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və bəzi qərarlarının ləğv edilməsi haqqında" 12 iyul 2018-ci il tarixli qərarında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR