Azərbaycanlı bloqçu Hüseyn Həsənov qəzaya düşdü -

Rusiyada məşhurlaşan azərbaycanlı bloqçu Hüseyn Həsənov Dubayda hidrosiklə qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, ehtiyatsızlıq üzündən baş verən qəza nəticəsində onun sol ayağı zədələnib.

Həsənov klinikada göstərilən tibbi yardımın həddindən baha olduğundan da şikayətlənib. O, sosial şəbəkə hesabında sonda klinikaya ödəməli olduğu çekin fotosunu yayımlayıb. Məbləğ isə 4,741 dollar olduğunu yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR