Lotereyadan 30 milyon udan ərdən İNANILMAZ QƏRAR -

Çində lotereyadan 30 milyon dollar mükafat qazanan ailə başçısı qəribə qərarla ölkənin gündəmini zəbt edib.

Metbuat.az xəbər verir ki, ailə başçısı lotereya şirkətindən kimliyinin gizli saxlanılmasını tələb edib. O bildirib ki, 30 milyon mükafat qazandığını heç kimə deməyəcək. Çinli uduşu hətta arvadından və uşaqlarından da gizli saxlayacaq. Ailə başçısı deyib ki, o, 30 milyon dollar qazandığını ailə üzvlərinə açıqlasa onlar tənbəl və təkəbbürlü olacaqlar.

Çinli mükafatını alandan sonra 685 dolları xeyriyyə fondalarına bağışlayıb. Vergilər ödəndikdən sonra çinli 24 milyon dollar əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR