ŞOK İDDİA: İran bu iki ölkəyə hücuma hazırlaşır -

“İran ölkədəki aksiyalardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına və İraqa hücum təşkil edəcək”.

Metbuat.az xəbər verir bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri məlumat yayıb. Qəzet xəbər verir ki, kəşfiyyat məlumatlarından sonra Səudiyyə Ərəbistanı və ABŞ hazırlıq vəziyyətinə keçib. ABŞ hücumun baş verəcəyi təqdirdə Səudiyyə Ərəbistanına dəstək vermək üçün hazırlıq aparır. Qəzetə danışan rəsmi nümayəndələr bildiriblər ki, İranın hədəfində İraqın Ərbil şəhəri də var.

Qəzet yazır ki, kəşfiyyat məlumatını Səudiyyə Ərəbistanı əldə edərək, ABŞ-a ötürüb. Bu kəşfiyyat məlumatından sonra regiondakı digər ölkələrin orduları da hazır vəziyyətə gətirilib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasındakı mənbə iddiaları narahatlıqla qarşıladıqlarını açıqlayıb.

“Səudiyyə Ərəbistanının hərbi və kəşfiyyat mənbələri daim təmasdayıq. Maraqlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdə tərəddü etmərik” - mənbə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR