RSXM əməkdaşı beynəlxalq olimpiadada qalib gəlib

D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” haqqında beynəlxalq ekoloji olimpiada keçirilib.

Metbuat.az-a AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən verilən məlumata görə, olimpiadada AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Yusifova Xoşqədəm “Şoran və deqradasiyaya uğramış torpaqların yaxşılaşdırılması” mövzusunda, Təhlətli Nərmin “Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdə insanların yaşayış mühitinin ekosistemlərinin yaxşılaşdırılması mövzusunda”, Sultanova Aygün isə “Geomaqnit sahəsində anomal dəyişikliklərin insan sağlamlığına təsirinin nəzərə alınması metodologiyası” mövzusunda iştirak ediblər.

AMEA nəzdində RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Sultanova Aygün MDB ölkələrindən olan tələbələrin arasından qalib gələrək olimpiadada birinci yerə çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR