İran Qərblə əlbirdir? -

"Amerika Səudiyyə Ərəbistanında neft qiymətlərinin aşağı düşürülməsi üçün neft ixracını artırmağı tələb etmişdi ki, Rusiyanın neftdən gələn gəlirləri azalsın. Səudiyyə isə bunu rədd edərək Rusiya ilə danışıqlar aparmış və Amerika Səudiyyə Ərəbistanı ilə olan bütün hərbi əməkdaşlıqlarını dayandırdığını elan etmişdi. İranın Qərblə əlbir olduğu öz təsdiqini tapır. Səudiyyənin artıq Amerikadan başqa kömək istəyəcəyi ölkə yoxdur".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı tezliklə Amerikanın istəklərinə məcbur əməl edəcək.

"Məsələ ondadır ki, İran Rusiyaya da kömək edirmiş kimi görünür. Dronlar verir, raketlərin də veriləcəyi deyilir. Qərb Rusiyanı Ukraynada uzunmüddətli münaqişəyə cəlb edib. Amma Rusiyanın müharibəni davam etdirmək üçün hərbi potensialı yox idi, artıq Ukrayna ordusu onu sıxışdırırdı. Qərb İran dronlarını Rusiyaya verməsini təşkil etməklə onu hələlik bir müddət ayaqda saxladı, elə etdi ki, müharibədə nisbi tarazlıq yaransın. Bir müddətdən sonra ehtiyac yaranan kimi İran raketləri də Rusiyaya veriləcək ki, tərəflər bir-birilərini daha çox gücdən salsınlar".

Ekspert qeyd etdi ki, İranın Səudiyyə Ərəbistanı ilə müharibə etməsi üçün heç bir səbəb yoxdur. Məsələ Ərəbistanı yenidən Qərbin qucağına itələməkdir.

"İran öz "rolunu" həmişəki kimi yaxşı oynayır. Eyni zamanda, Qərb İranın daxili iğtişaşlarının da bitdiyinə işarə edir, deməli, ölkədaxili hakimiyyət uğrunda mübarizədəki tərəflər öz mövqelərini dəqiqləşdiriblər",- deyə A.Qasımov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR