Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elçin Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub.

Qəza nəticəsində yaralanan azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR