“İkardi Azərbaycanda da məşhur olan aktrisa ilə sevgilidir” -

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin türkiyəli aktrisa Devrim Özkanla sevgili olması barədə iddialar ortaya atılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaların media tərəfindən səsləndirilməsinə səbəb Devrim Özkanın Mauro İkardi və Lukas Torreira ilə tədbirlərin birində səmimi ünsiyyəti olub. Onlar birgə fotolar çəkib. Bəziləri iddia edir ki, Devrim Özkan “Qalatasaray” azərkeşi olduğu üçün futbolçularla səmimi ünsiyyət qurub. Devrim Özkan isə sevgili iddialarına “dostuq” deyə cavab verib. O İkardi ilə sevgili olması barədə xəbərləri təkzib edib.

Qeyd edək ki, Mauro İkardi bir neçə həftə əvvəl həyat yolda Vanda Naradan ayrılıb. Sosial media istifadəçiləri Devrim Özkanın İkardinin keçmiş həyat yoldaşı Vanda Naradan gözəl olduğunu yazıblar.

Əlavə edək ki, Devrim Özkan Azərbaycanda da maraqla izlənilən bir sıra seriallarda rol alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR