“Qarabağ”dan Avropa Liqasında

“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qrupda toplanan xal sayında Azərbaycan rekordunu yeniləyib.

Ağdam klubu VI turda Bakıda “Frayburq”la görüşüb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.

Bununla da 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.

Qeyd edək ki, “Qarabağ” 7-ci dəfə mübarizə apardığı Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR