Rusiyada "ət kralı" oğurlandı

Rusiyada "ət kralı" oğurlandı
12:51 19 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada məşhur biznesmen oğurlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "ət kralı" adlandırlan Barak Əkbərov Surqut şəhəridə qaçırılıb.

Ət məhsullarının istehsalı ilə məşğul olan 49 yaşlı biznesmenin qaçırılması ilə bağlı artıq cinayət işi açılıb.

Hadisə yanvarın 16-da baş verib. Belə ki, B.Əkbərov yaxınlarına zəng edərək evə gəldiyini deyib. Lakin nə qədər gözləsələr də o gəlməyib.

İlkin məlumata görə, iş adamı maşınını həyətda saxlayıb. Bu zaman ona bir necə nəfər naməlum şəxs hücum edib və "Moskviç 2141" markalı maşına salaraq aparıblar. Qeyd edilən maşının Azərbaycan vətəndaşına məxsus olduğu deyilir.

Onun maşının yaxınlığında qanlı papaq tapıblar.

Əkbərovun peşəkar fəaliyyəti ilə bağlı ola biləcəyi istisna edilmir.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR