Ankara “Türk axını”nı gücləndirir:

““Türk axını”nı gücləndirmək üçün daha bir boru kəmərinin tikintisi mümkündür”.

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib. Kalın bildirib ki, “Türk axını”nın gücləndirilməsi ilə şərqdən qərbə, şimaldan cənuba tamamilə yeni enerji xəritəsi yarana bilər.

“Qarşıdakı 5-10 il ərzində bu baş verərsə Türkiyə təkcə qaz tranzit ölkəsi deyil, əslində qaz bazarının müəyyənləşdiyi, qaz tədarükünün təyin olunduğu bir ölkəyə çevriləcəkdir”.

Qeyd edək ki, 2014-cü ilin dekabra ayında Rusiya prezidenti Putin tərəfindən təklif edilən “Türk axını” layihəsi Rusiyanın Anapa şəhərindən başlayır, xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Prezident Rəcəb Tayyib Ərdoğanın adını qoyduğu “Türk axını”nın uzunluğu cəmi 1100 km-dir. “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR