Canlı yayımda olduğundan xəbərsiz olan türk ulduzdan müxbirə maraqlı sual -

Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Dinamo Kiyev” - “Fənərbaxça” qarşılaşmasından sonra Türkiyənin gənc ulduzu Arda Gülərlə bağlı maraqlı anlar baş verib.

Metbuat.az xəbər verir ki, 17 yaşlı futbolçu canlı yayımda oyunla bağlı fikirlərini deyib. Canlı yayımın tez başladığından xəbərsiz olan futbolçu, jurnalistə “Hansı sualı verəcəksən? Mən nə deyəcəm?” suallarını verib. Həmin anlar izləyicilərin gülüşünə səbəb olub. Qeyd edək ki, 2:0 hesablı qələbə qazanan “Fənərbaxça” qrupu 14 xalla lider tamamlayaraq, 1/8 finala vəsiqə qazanıb. Arda Gülər bir qol vurub, bir qolun isə ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR