İmran Xanı xilas edən vətəndaş "qəhrəman" elan edildi -

Pakistan polisi keçmiş Baş nazir İmran Xanın sui-qəsdə məruz qalması ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamada hücumu təşkil edən şəxsin tapançadan istifadə etdiyi vurğulanıb. Şübhəli saxlanılarkən üzərində 20 mərmi olub. Hadisə yerində isə 11 boş mərmi tapılıb. Onun 9-su tapançaya, 2-si isə daha ağır silaha məxsus olub. Yerli mənbələr yazır ki, İmran Xan ərazidəki vətəndaşlardan birinin diqqəti nəticəsində xilas olub. Həmin şəxs özünü təhlükəyə ataraq silahlının İmran Xana dəqiq atəş açmasına mane olub.

Qeyd edək ki, İmran Xan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə təşkil edilən aksiya zamanı ayağından yaralanıb. Hadisə zamanı 1 nəfər ölüb, 6 yaralı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR