İmran Xana sui-qəsddən sonra Pakistan qarışdı -

Pakistanın keçmiş Baş naziri İmran Xanın lideri olduğu “Pakistan Ədalət Hərəkatı” partiyası ölkə miqyasında aksiyaların keçirilməsi barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, partiyanın açıqlamasından sonra İmran Xanın tərəfdarları meydanlara çıxıb. Bir neçə şəhərdə aksiyalar keçirilir. Nümayişçilər İmran Xana sui-qəsd təşkil edənin ədalət qarşısına çıxarılmasını tələb edirlər. Tərəfdarlar İmran Xanın müalicəsinin davam etdiyi Lahor şəhərindəki xəstəxanın qarşısına toplaşıb. Xanın vəziyyəti normaldır.

Qeyd edək ki, İmran Xan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə təşkil edilən aksiya zamanı ayağından yaralanıb. Hadisə zamanı 1 nəfər ölüb, 6 yaralı var. Polisin məlumatına görə, hücumu təşkil edən şəxsin tapançadan istifadə etdiyi vurğulanıb. Şübhəli saxlanılarkən üzərində 20 mərmi olub. Hadisə yerində isə 11 boş mərmi tapılıb. Onun 9-su tapançaya, 2-si isə daha ağır silaha məxsus olub. Yerli mənbələr yazır ki, İmran Xan ərazidəki vətəndaşlardan birinin diqqəti nəticəsində xilas olub. Həmin şəxs özünü təhlükəyə ataraq silahlının İmran Xana dəqiq atəş açmasına mane olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR