Basdırdığı həyat yoldaşını qarşısında görən ər dəhşətə gəldi -

ABŞ-da 53 yaşlı Kyonq adlı şəxs boşandıqdan sonra keçmiş həyat yoldaşını maddi məsələləri danışmaq üçün evinə çağırıb.

Metbuat.az xəbər verir ki, söhbət zamanı tərəflər arasında mübahisə baş verib. 53 yaşlı şəxs qadının əllərini və ayaqlarını bağlayaraq diri-diri basdırıb. Lakin qadın ağıllı saat sayəsində sağ qalıb. Məlumata görə, qadın hələ evdə olarkən mübahisə vaxtı ağıllı saat vasitəsilə həyəcan göndərib. Nəticədə polis qadını axtarmağa başlayıb.

Qadın basdırılandan qısa müddət sonra polis onu xilas edib. 53 yaşlı şəxs nəzarətə götürülüb. Şübhəli, qadının sağ olduğunu görəndə heyrətə gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR