20 Yanvarın ildönümündə Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

12:52 19 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 12:47 ]

Bakıda havanın temperaturu 11 dərəcəyə yüksələcək

Bakı. Könül Kamilqızı - APA. 20 Yanvarın ildönümündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, yanvarın 20-də Bakı və Abşeron yarımadasında səhər hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu 4-6 dərəcə isti olacaq.

 

Gündüz hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu 7-11 dərəcə isti olacaq.

 

Axşam saatlarında isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal -qərb küləyi əsəcək. Havanın temperaturu 4 dərəcəyədək isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir geclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 20-21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssa insanlar üçün əsasən əlverişlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR