"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev instaqram hesabında müzakirələrə səbəb olan paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, Misli Premyer Liqasının XIII turu üzrə baş tutacaq "Qarabağ" - "Kəpəz" matçının şəklini paylaşıb və bu sözləri yazıb: "Biletlərə ehtiyacınız var?".
İzləyicilər isə Şahruddinin bu paylaşımını tənqid ediblər. Onlar bildiriblər ki, Məhəmmədəliyev "Qarabağ"ın Avroliqa oyunlarında azarkeşlərin çox gəlməsinə, çempionat oyunlarına az azarkeşin iştirakına eyham vurub.