Rusiyada 15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlıdır -

Xəbər verdiyimiz kimi, Rusiyanın Kostroma şəhərində kafedə baş verən yanğın səbəbindən 15 nəfər ölüb.

Metbuat.az "Readovka" nəşrinə istinadən xəbər verir ki, həmin kafenin sahibi Mirzəyev İxtiyar İldır oğludur. O, Kostroma Vilayət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvüdür.

O, 1969-cu il martın 8-də Azərbaycanda anadan olub. 1986-cı ildə isə orta məktəbi bitirdikdən sonra Kostroma Texnoloji İnstitutunun Meşə mühəndisliyi fakültəsinin əyani şöbəsinə daxil olub. O, 1993-cü ilin noyabrından 1994-cü ilin may ayına kimi Kostroma faner zavodunda 4-cü dərəcəli dəzgahın maşinisti vəzifəsində işləyib. 2006-cı ilin dekabrından indiyədək - "Polyqon" MMC-nin baş direktoru işləyib.

İxtiyar Mirzəyev 2005-ci ilin dekabrından 2010-cu ilin oktyabrına qədər - 15 saylı seçki dairəsi üzrə IV çağırış Kostroma şəhəri Dumasının deputatı, 2007-ci ilin martından 2010-cu ilin oktyabrına qədər - IV çağırış Kostroma şəhəri Dumasında Vahid Rusiya Partiyasının fraksiyasının rəhbəri, 2007-ci ilin martından indiyədək - "Vahid Rusiya" Ümumrusiya siyasi partiyasının Kostroma regional şöbəsinin regional siyasi şurasının üzvüdür.

2007-ci ilin aprelindən indiyədək - "Vahid Rusiya" Ümumrusiya siyasi partiyasının Kostroma şəhər yerli şöbəsinin Yerli Siyasi Şurasının katibinin müavini, 2010-cu ildən 5-ci və 6-cı çağırış Kostroma Vilayət Dumasının deputatıdır. O, həmçinin Dumanın İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin üzvüdür.

Мирзоев Ихтияр Ильдыр оглы


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR