“Tələbələrin kəsrə görə pul ödəməsi rüşvətdir” -

“Kəsr pulu rüşvətin digər formasıdır. Demək ki, bir tələbənin kəsri varsa, gətirib universitetə pul verməlidir. Bununla deyə bilərik ki, kəsr pulu ilə rüşvət leqallaşdırılır”.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

“Bir kəsrin pulu 200, 300 manatdır. Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqına bərabər ödənişi gətirib universitə verəcək. Nəzərə almaq lazımdır ki, bu tələbə kirayə qalır, təhsil haqqı ödəyir. Həmin pulların da hara getdiyi haqqında məlumat verilmir. Bunları nəzərə almaq lazımdır. Eyni zamanda tələbələrin təqaüdləri minimum əmək haqqına uyğunlaşdırılmalıdır", - deyə deputat vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR