Noyabrın 11-də 111 111 ağac əkiləcək

Noyabrın 11-də 111 111 ağac əkiləcək.

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası Azərbaycanda da ənənəyə çevrilib: "Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək ölkə ərazisində 111 111 ağac əkiləcək".

Şöbə müdiri əlavə edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq həmin təşəbbüsə qoşulub: “Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR