17 yaşlı Albinanın atası da faciəvi şəkildə ölübmüş -

Xəbər verdiyimiz kimi, Qaxda 15 yaşlı qardaş 17 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.

Metbuat.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax şəhər Cavanşir Rəhimov küçəsi ev 5-də baş verib.

Bacı-qardaşın yaxınları bildiriblər ki, Albina və Jora Qax şəhərində kirayədə yaşayıblar. Onların atası 6-7 il öncə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Atanın ölümündən sonra onların anası qeyri-rəsmi nikaha daxil olub və bundan sonra ana ilə uşaqlar arasında narazılıq yaşanıb. Qohumlar onu da iddia ediblər ki, Albina və Joranın anası onlarla maraqlanmayıb, uşaqlar nəzarətsiz qalıblar.

Hazırda kirayə yaşadıqları evdə Albina qardaşı ilə yanaşı sevdiyi oğlanla qalıb. Bəzi vaxtlar isə həmin evə onun rəfiqəsi də gəlib. Qətlin baş verdiyi gün isə bacı-qardaş evdə tək olublar. Nəvəsinin telefona cavab vermədiyini görən nənə evə gedərək dəhşətli hadisə ilə üzləşib. Qohumların sözlərinə görə, Albina və Jora çox mehriban olublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR