Türkiyənin daha bir mədənində partlayış -

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayış baş verib.

Metbuat.az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 işçi yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Mədəndə baş verən partlayışın səbəbləri araşdırılır.

Xatırladaq ki, bir müddət bundan öncə də Bartın vilayətində yerləşən mədəndəki partlayışı baş vermişdi. Həmin partlayış nəticəsində 42 nəfər həyatını itirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR