Pakistan hökuməti keçmiş baş nazir İmran Xanla bağlı qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, bundan sonra onun fikirləri heç bir televiziya kanallarında yayımlanmayacaq. Səbəb kimi Xanın çıxışlarının dövlət qurumları tərəfindən sui-qəsd planlaşdırması kimi əsassız iddialarla böhtan atıldığı göstərilib. Belə məzmunların nəşrinin ictimai asayişi poza biləcəyi və ictimaiyyət arasında nifrət yarada biləcəyinə diqqət çəkilib.
Həmçinin qeyd edilib ki, qərara tabe olmayan kanalların lisenziyası dayandırıla bilər.
Xatırladaq ki, noyabrın 3-də İmran Xan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə paytaxt İslamabadda yürüşə rəhbərlik edən zaman sui -qəsdə məruz qalmışdı.