"Beşiktaş" - "Qalatasaray" matçında baş məşqçinin başına iş gəldi -

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisində "Beşiktaş" "Qalatasaray"la qarşılaşıb. Matç evdə "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Metbuat.az xəbər verir ki, oyun zamanı "Beşiktaş"ın baş məşqçisi Şenol Güneşin başına iş gəlib. Belə ki, meydan sahiblərindən Sergio Oliveyra topu uzaqlaşdırmaq üçün topa sərt zərbə endirib. Bu an top çalışdırıcının üzünə dəyib. Qarşılaşmadan sonra hadisədən danışan Günəş "Yüngül beyin sarsıntısı oldu. Orada məəttəl qaldım. Başım gicəlləndi" deyib. O, yanaq sümüyündə ağrıların olduğunu qeyd edib.

Galatasaray Beşiktaş derbisinde Şenol Güneş'in şanssız anı! Saha kenarında yüzüne  top geldi - Fotomaç


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR