Trampdan açıqlama:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 15-də vacib açıqlama verəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, D.Tramp bu barədə bazar ertəsi Ohayoda tərəfdarlarının mitinqində çıxışı zamanı deyib. Noyabrın 8-də Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi aralıq seçkilər, D.Trampın fikrincə, “ölkə üçün xilasedici” seçkilər ola bilər.

"Noyabrın 15-də Florida ştatının Palm Biç şəhərindəki Mar-a-laqoda çox vacib bir açıqlama verəcəyəm", - deyə D.Tramp bildirib. Xatırladaq ki, daha əvvəl D.Trampın noyabrın 14-ü növbəti prezident seçkilərində iştirak edəcəyi barədə açıqlama verəcəyi gözlənilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR