Pakistanda Zəfər Günü ilə bağlı maraqlı fləşmob -

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmob keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında məlumat verilib.

Fləşmobda “Azərbaycanın Zəfər Günü”, “Qarabağ Azərbaycandır” şüarları, həmçinin Azərbaycan- Pakistan- Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarıbülbül çiçəyi əks olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR