Ağır zədə alan Şahruddinin vəziyyəti ilə bağlı AÇIQLAMA -

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Turan Tovuz”la oyunda zədələnib.

Metbuat.az xəbər verir ki, qolkiper meydanı xərəkdə tərk edib.

O, komanda yoldaşı Bədavi Hüseynovla toqquşaraq zədə alıb.

Qurban Qurbanov matçdan sonra qapıçının durumundan danışıb:

"Boyun nahiyəsində ağrısı var. Tam rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Ayağa qalxıb müəyyən qədər hərəkət etdi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Lakin ağrıları qalır. Durumuna sabah aydınlıq gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR