“Qızıl buts”un sahibi bəlli oldu -

Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb.

Metbuat.az xəbər verir ki, ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.

Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.

Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR