​İran ilk dəfə səsdən sürətli ballistik raket ərsəyə gətirdi

İran ilk dəfə səsdən sürətli ballistik raket ərsəyə gətirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İran İslam İnqilabi Keşikçilər Korpusunun Hava və Kosmik qüvvələri komandanı Əmir Ali Hacızadə açıqlama verib. O bildirib ki, yeni raket tamamilə yerli istehsaldır. Komandan qeyd edib ki, bu, raket istehsalında böyük nailiyyətdir.

“Bu yeni raket bütün müdafiə sistemlərindən keçəcək. On illər ərzində bunun qarşısını ala biləcək texnologiyanın olacağını güman etmirəm” - Hava və Kosmik qüvvələri komandanı deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR