Rəşad Dağlının pərəstişkarları axın etdi, Prokurorluğun önündə izdiham yaşandı -

20:08 Rəşad Dağlı məhkəməyə gətirildi

Tanınmış meyxanaçı Rəşad Dağlıya görə onun dostları, pərəstişkarları və sevənləri Qaradağ rayon Prokurorluğunun qabağında toplaşıblar.

Metbuat.az xəbər verir ki, Baku.ws-in hadisə yerində olan müxbirinin sözlərinə görə, insanlar tanınmış meyxanaçı barədə məlumat almağa çalışırlar.

Qeyd edək ki, Rəşad Dağlı bu saatlarda məhkəməyə aparılacaq. Xatırladaq ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosial şəbəkədə gedən müzakirələrə görə, Rəşad Dağlı və İskəndər Mehtiyev arasında mübahisə sənətçinin dediyi meyxanalardan birinə görə yaranıb. Bəhs olunan meyxanada Rəşad Dağlı narkotik satanları sərt tənqid edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR