"Yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik" -

“Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik”.

Metbuat.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.

"Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi qəlbdən təbrik edirəm” - O, deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR