"Tələbələrin xərclərini əvvəlki illərlə müqayisədə daha çox dövlət ödəyəcək" -

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur. Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA- nın müxbir üzvü, professor Musa Qasımlı Metbuat.az-a bildirdi ki, əvvəlki illlərlə müqayisədə bu vəsait daha da artırılıb. Bu o deməkdir ki, ali məktəblərə qəbul olunan tələbələrin xərclərini daha çox dövlət ödəyəcək:

"Bu illə müqayisədə gələn il dövlət büdcəsində təhsil xərclərini 536,5 milyon manat və ya 13,8 faiz çox olması dövlətimizin təhsil siyasətinin aydın göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizə xüsusi diqqət yetirildiyi bir şəraitdə təhsil xərclərinin artırılması da konkret məqsədlər güdür. Bu vəsait ilk növbədə təhsilin hamı üçün əlçatan olmasına xidmət edən vasitələrdən biridir. Dövlət sifarişi ilə ali təhsilin maliyyələşləşməsi ilə bağlı xərclər artırılır. Bu o deməkdir ki, ali məktəblərə qəbul olunan tələbələrin xərclərini əvvəlki illərlə müqayisədə daha çox dövlət ödəyəcək".

Deputat bildirib ki, 2023-cü ildə büdcə layihəsində tələbə təhsil kreditinə ayrılan vəsait də artırılıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur.

"Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsinə, kənd rayonlarında ümumtəhsil müəssisələrində işə cəlb olunan müəllimlərin stimullaşdırılması üçün xərclər artırılıb. Bu büdcə layihəsi onu göstərir ki, cənab Prezident İlham Əliyevin söylədiyi kimi təhsil millətimizin gələcəyidir və təhsilə xüsusi diqqət artırılması da bununla bağlıdır", - deyə deputat vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR