Putinin arzusu ürəyində qaldı -

“Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkməsilə rusların strateji arzusunun həyata keçməsi yəqin ki, reallaşmayacaq”.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin hesabatında belə deyilir. Kəşfiyyat tərəfindən yayımlanan hesabatda bildirilir ki, Ukrayna ordusunun hücumlarına görə, rusların Dnepr çayının qərb sahilindəki qüvvələri təzyiq altında olub.

Məlumata görə, ruslar geri çəkilərkən ərazilərə mina yerləşdirib, körpüləri sıradan çıxarıb. Ruslar bunu Ukrayna ordusunun irəliləməsini yubatmaq üçün edir.“Xersonun qərb cəbhəsinin əldən verilməsi Rusiyanın Odessa xəyalının reallaşmasına əngəl olacaq” - hesabatda deyilir.

Qeyd edək ki, Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkir. Bu barədə Rusiya ordusunun Ukrayna üzrə komandanı Sergey Surovikin Sergey Şoyqunun rəhbərliyi ilə keçirilən iclasda məlumat verib. Surovikin Ukrayna ordusunun su bəndinə hücumlarına diqqət çəkərək, daşqınların ola biləcəyini və bunun ciddi itkilərə səbəb olacağını ifadə edib. Surovikin buna görə də qüvvələrin geri çəkilməsini təklif edib. Şoyqu təklifi qəbul edərək bu barədə əmr verib. Bu Rusiyanın ilhaq edilmiş ərazilərdən ilk geri çəkilməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR