Oktyabrda bu məhsullar

Oktyabr ayında bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın qiymətindənmüşahidə edilib.

Azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində qeyd edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Eyni zamanda oktyabrda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR